EN

500-dən çox ABŞ hərbçisinin öldüyünü iddia etdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün “X” hesabında paylaşım edərək, hərbi əməliyyatların gedişində 500-dən çox Amerika hərbçisinin öldürüldüyünü iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Laricani paylaşımında Ali Lider Seyid Əli Xameneinin öldürülməsinin bədəlinin ağır olacağını və müharibənin hələ davam etdiyini bildirib.

O, ABŞ Prezidenti Donald Trampı Benyamin Netanyahunun təhriki ilə Amerika xalqını İranla ədalətsiz bir müharibəyə cəlb etməkdə günahlandırıb:

“Yaranmış vəziyyət Vaşinqtonun “Öncə Amerika” deyil, “Öncə İsrail” siyasəti yürütdüyünün bariz nümunəsidir”.

Xatırladaq ki, fevralın 28-dən başlayan intensiv hərbi əməliyyatlar nəticəsində İranın bir çox strateji nöqtələri ilə yanaşı, Ali Liderin iqamətgahı da hədəf alınmışdı.

"Cebheinfo.az" 

Chosen
3
3
cebheinfo.az

10Sources