EN

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar 20 mindən çox uçuş ləğv edilib

London, 4 mart, AZƏRTAC

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələrdən sonra Yaxın Şərqdə planlaşdırılan 36 mindən çox uçuşdan 20 mini ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə aviasiya analitik şirkəti “Cirium” məlumat yayıb. Şirkətin məlumatına görə, şənbə günündən etibarən bölgədə hava məkanında yaranan təhlükəsizlik vəziyyəti səbəbindən minlərlə reys təxirə salınıb və ya tamamilə ləğv olunub. Bununla belə, bəzi aviaşirkətlər Dubay və Ər-Riyad kimi əsas aviasiya mərkəzlərindən məhdud sayda uçuşları tədricən bərpa etməyə başlayıblar.

Müharibə səbəbindən Yaxın Şərqdə on minlərlə sərnişin müxtəlif ölkələrin hava limanlarında çətin vəziyyətdə qalıb. Bir sıra dövlətlər isə bölgədə qalan vətəndaşlarını geri qaytarmaq üçün xüsusi reyslər təşkil edib.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
21
2
azertag.az

3Sources