EN

73 kiloqram arıqladı - yeni görünüşü bəyənilmədi - FOTO

Məşhur müğənni Işın Karaca yaşadığı böyük vizual dəyişimlə gündəmi silkələyib. Artıq çəkilərindən qurtulmaq üçün əməliyyat masasına əyləşən və ciddi pəhriz saxlayan sənətçinin son görüntüləri izləyicilərini heyrətə gətirib.

Milli.Az xəbər verir ki, Işın Karaca 73 kiloqram arıqlayaraq tamamilə fərqli bir görünüşə sahib olan sənətçi, bu prosesin həm fiziki, həm də mənəvi baxımdan onu necə dəyişdiyini gizlətməyib.

Məşhur müğənni arıqlama prosesinə mədəkiçiltmə əməliyyatı ilə başladığını, lakin nəticəni qorumaq üçün böyük iradə nümayiş etdirdiyini bildirib. "Həyatımın ən vacib qərarlarından biri idi" deyən Karaca, arıqladıqdan sonra özünü daha sağlam və enerjili hiss etdiyini vurğulayıb.

İzləyicilər onu həddindən çox çəki atdığına görə tənqid edib və artıq bu qədər arıqlmağın ona yaraşmadığını bildiriblər.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
4
milli.az

1Sources