EN

ABŞ Hörmüz boğazında neft daşımalarının təhlükəsizliyini qorumağa hazırdır

"ABŞ zərurət olduqda neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə hazırdır".

Moderator.az CNBC telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

"ABŞ hökuməti zəruri və məqsədəuyğun olduqda müdaxilə etmək niyyətindədir. Neft tankerlərinin boğazlardan təhlükəsiz keçidi təmin ediləcək", - deyə nazir bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin zərurət olduqda Hörmüz boğazında tankerləri müşayiət etməyə başlayacağını bəyan etmişdi.

SEPAH isə bəyan edib ki, İran Hörmüz boğazını tam nəzarət altında saxlayır, oradan keçməyə cəhd edən 10 neft tankeri raketlər və PUA-larla vurulub.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və daha sonra Hind okeanı ilə birləşdirir. Dünya neft ixracının təqribən beşdə biri və Çinin neft idxalının ən azı üçdə biri sözügedən boğazdan keçir.

Chosen
12
2
moderator.az

3Sources