Vaşinqton, 4 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İsrail kəşfiyyatının və döyüş gücünün birləşməsi İranı idarə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müdafiə katibi Pit Heqset keçirdiyi mətbuat konfransında deyib.
“Biz tezliklə onu idarə edəcəyik. Əlbəttə ki, İran hələ də bizə raketlər və mülki hədəflərə birtərəfli hücum dronları ata biləcək. Onların proksi təşkilatları səfirliyimizin bazalarına yumşaq hədəflərdə hücum etməyə çalışacaqlar”, - deyə Heqset əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton