Vaşinqton, 4 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus sualtı qayıq beynəlxalq sularda İran hərbi gəmisini torpedo ilə batırıb.
AZƏRTAC xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABŞ-nin müdafiə katibi Pit Heqset deyib.
O, bunun İkinci Dünya müharibəsindən sonra düşmənə edilən ilk belə hücum olduğunu söyləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton