EN

Liftdə qalan yeniyetmə xilas edildi - Video

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaş köməksiz vəziyyətdə qalıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və 2012-ci il təvəllüdlü yeniyetmə liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan yeniyetməni xilas ediblər.

 

Chosen
92
6
anews.az

9Sources