EN

Azərbaycanın turizm potensialı Almaniyada tanıdılır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın turizm potensialı Almaniyanın paytaxtı Berlində keçirilən “ITB Berlin 2026” sərgisində tanıdılır.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 5-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə Azərbaycan Hava Yolları (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşı ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşləri keçirir və əməkdaşlıq imkanları müzakirə edilir.

Sərgi çərçivəsində milli stenddə “Gizli xəzinələr: təcrübələrin kəşfi” mövzusunda Azərbaycanın dağ piyada marşrutları haqqında və tarixi İpək Yolu irsini əks etdirən təqdimatın da nümayişi planlaşdırılır.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev milli stendi ziyarət edib.

Xatırladaq ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu tərəfindən Alman Səyahət Assosiasiyasının üzvləri üçün ölkəmizin turizm potensialı barədə təqdimat keçirilib. Görüşdə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
5
azertag.az

6Sources