EN

Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İranBirgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevİran tərəfinə başsağlığı verib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumatverilib.

Məlumata görə, Baş nazirin müavini bu gün İranın yol vəşəhərsalma naziri Fərzanə Sadiq ilə baş tutan telefon danışığızamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İranvətəndaşının şəhadəti münasibətilə başsağlığı verib.

Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti iləhəmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.

Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmişBirgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuşrazılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb vəlazımi koordinasiya məsələləri müzakirə edilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Chosen
30
4
az.trend.az

5Sources