Avtosfer saytına istinadən ain.az xəbər verir.
Quba rayonu ərazisində polis əməkdaşları yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə profilaktik tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edilən nəqliyyat vasitələri müəyyən edilib. Sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək, qəzaların qarşısını almaq və nəqliyyat vasitələrinin normativ tələblərə uyğun istismarını təmin etməkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.