EN

Tələbələrin NƏZƏRİNƏ – Bütün fakültələrdə bu dərslər keçilə bilər

Ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin keçirilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə çıxış edib.

“Hesab edirəm ki, Azərbaycan o səviyyəyə çatıb ki, həm oğlanlarımızın, həm də qızlarımızın yüksək təhsil alması, yüksək səviyyədə hazırlıqlarına nail ola bilmişik. İdarəetmə özü bir elmdir, ona görə də ölkədəki bütün ali təhsil ocaqlarının hər bir fakültəsində idarəetmə dərsləri keçirilsin”, - deyə sədr müavini qeyd edib.

Günay Şahmar, Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources