EN

Ötən il 4 299 nəfər aliment ödəməkdən yayınıb

Alimentlə bağlı işlərin sayı ilbəil 10 faiz artır.

APA xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.

Nazir müavini qeyd edib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 şəxs barəsində inzibati protokol tərtib olunub: “Son 5 ildə aliment işlərinin sayı 10 minədək artıb. Aliment işinin icrası isə aşağıdır. Alimentin ödənilməsində yaranan çətinliklər vəsaitin, iş yerinin olmaması, iş yerlərinin tez-tez dəyişməsi ilə bağlıdır”.

Chosen
37
2
apa.az

3Sources