Astara, 4 mart, AZƏRTAC
Mən Tehranda idim, orada avarçəkmə üzrə milli komandada məşqçi işləyirəm. Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, İranı tərk edib daha təhlükəsiz bir yerə getmək qərarına gəldim. Vəziyyət çox çətindir. Davamlı hava zərbələri, dağıntılar olur. Müharibədir, ona görə də hər şey çox pisdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Ukrayna vətəndaşı Sergey Bezuqlı bildirib.
“Mən Azərbaycanı çox sevirəm. Yeddi il Mingəçevirdə yaşamışam. Çox mehriban xalqsınız. Ürəyim həm İrana, həm də Azərbaycana məxsusdur. Hakimiyyət orqanlarının tez reaksiya verməsi, əcnəbilər və azərbaycanlılar üçün sərhədi açması çox xoşdur. Sərhəd-buraxılış məntəqəsi çox yaxşı işləyir. Heç bir problem yoxdur”, - deyə o əlavə edib.
İlkin Adıyev – müxbir