EN

Stolüstü tennis üzrə ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Stolüstü tennis üzrə ölkə çempionatı davam edir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildirilib ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri qatılıblar.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa çatıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yerləri tutub.

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
7
azertag.az

8Sources