EN

Piylənmə, yoxsa artıq çəki? - Həkim AÇIQLADI

“Uşaqlarda artıq çəki və piylənmə anlayışları cəmiyyətdə çox vaxt eyni məna daşıyır kimi qəbul edilsə də, tibbi baxımdan onlar arasında fərq var”.

“Cebheinfo.az” xəbər verir ki, , bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, qiymətləndirmə zamanı əsas göstərici bədən kütlə indeksidir (BKİ):

“Əgər BKİ 80–85-ci faiz göstəricisini keçirsə, bu artıq çəki kimi qiymətləndirilir. 95-ci faiz və daha yüksək nəticələr isə piylənmə hesab olunur. 

Bu həddən aşağı göstəricilər normal çəki kateqoriyasına aid edilir. Bəzi vəziyyətlərdə piylənmənin ilkin və ya yüngül mərhələsi də artıq çəki kimi təqdim oluna bilər”.

Chosen
120
cebheinfo.az

1Sources