Aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayırıb, kollektivlə xudahafizləşib.
Qeyd edək ki, həftə içi hər gün yayımlanan “Elgizlə izlə” verilişi bir həftədir fəaliyyətini dayandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Tarix Əliyevin “Tarixin bir günü” verilişi də bağlanmışdı.//Lent.az