EN

19 yaşlı qız binadan yıxıldı

Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Cəmil Əliyev küçəsində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Təcili xəstəxanaya çatdırılan qızın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanıb./Unikal

Chosen
95
1
bakivaxti.az

2Sources