EN

İsrail ordusu Livan vətəndaşlarına çağırış etdi - Bu əraziləri tərk edin

Cənubi Livanda bir neçə mövqedə irəliləyən İsrail ordusu indi cənubdakı Livan vətəndaşlarından evlərini tərk etmələrini və Litani çayının şimalına doğru getmələrini tələb edib.

Far.Az xəbər verir ki, bu barədə ordunun sözçüsü X-də bildirib.

"Təhlükəsizliyinizi təmin etmək üçün dərhal evlərinizi tərk etməli və Litani çayının o tayına, şimala doğru getməlisiniz. Diqqətli olun! cənuba doğru hər hansı bir hərəkət həyatınızı təhlükəyə ata bilər."

Ordu həmçinin bildirib ki, "Hizbullah üzvlərinə, onun obyektlərinə və ya hərbi texnikasına yaxın olan hər kəs öz həyatını təhlükəyə atır".

Chosen
5
1
far.az

2Sources