Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr sahədə cari təmir işləri həyata keçirilib.Metbuat.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr təşkil edib.Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.