EN

Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ölkə vətəndaşlarının İranı tərk etməsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

Sitat.info xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi həftəlik brifinqdə danışıb. 

“Rusiya vətəndaşlarının quru sərhədlər vasitəsilə İranı maneəsiz tərk etməsini təmin etməyə yardımlarına görə Azərbaycan, Ermənistan və Türkmənistan rəhbərliyinə təşəkkür edirik”, - o qeyd edib. 

Xatırladaq ki, dünən Rusiya FHN-ə məxsus “İl-76” təyyarəsi Azərbaycan sərhədi ilə İranı tərk edən rusiyalıları təxliyə etmək üçün Azərbayana gəlmişdi. Bu gün isə həmin təyyarə 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb.

Chosen
8
1
sitat.info

2Sources