EN

Niderland gələcək sualtı qayıqlarını Fransız torpedaları ilə silahlandıracaq

Niderland Müdafiə Nazirliyi gələcək “Orca” sinifli sualtı qayıqları üçün Fransanın F21 ağır çəkili torpedasını seçib.

Herbiand.az bildirir ki, ilkin plan hazırda Niderland donanması tərəfindən “Walrus” sinifli dizel-elektrik sualtı qayıqlarında istifadə edilən Amerikanın 533 mm Mk48 torpedasının inteqrasiyasını nəzərdə tuturdu.

Rəsmilərin sözlərinə görə, Mk48-in dəyişdirilməsi əhəmiyyətli vaxt və maddi xərclər tələb etmədiyinə görə, ilkin plandan imtina olunub.

Aparıcı “Orca” sinifli sualtı qayığın təhvil verilməsi 2033-cü ilə planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
34
herbiand.az

1Sources