EN

Avstriya ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşüb.Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırlması imkanlarını nəzərdən keçiriblər. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
12
newscenter.az

10Sources