EN

Yunanıstan qırıcı təyyarələri Livandan Kiprə gedən PUA-ları ələ keçirib

Yunanıstan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livandan Kipr hava məkanına doğru hərəkət edən iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

XQ xəbər verir ki, bu barədə Kipr Yayım Korporasiyası (CyBC) məlumat yayıb.

Korporasiyanın məlumatına görə, xəbərdarlıq siqnalından sonra Nikosiyadakı ABŞ səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyin zirzəmisinə köçürülüb və iki Yunanıstan F-16 qırıcı təyyarəsi Kiprin Pafos şəhəri yaxınlığındakı Andreas Papandreu Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Onlar nəticədə iki PUA-nı Kipr hava məkanına girməzdən əvvəl ələ keçiriblər. a

Chosen
43
1
xalqqazeti.az

2Sources