EN

İrandakı "alov" Avropanı yandırır: Qərb Rusiyadan kömək istəməyə cəsarət etmir?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdəki gərginlik fonunda Avropanın enerji təhlükəsizliyi və Rusiyanın bu prosesdəki rolu ilə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Peskov hazırda Avropa İttifaqı ölkələrindən enerji daşıyıcılarının tədarükünün bərpası və ya həcminin artırılması ilə bağlı rəsmi Moskvaya heç bir müraciətin daxil olmadığını bildirib.

Kreml rəsmisi qeyd edib ki, İrandakı hərbi əməliyyatlar səbəbindən qlobal enerji bazarlarında qiymətlərin kəskin artmasına baxmayaraq, Avropa paytaxtları hələ ki sükut nümayiş etdirirlər. Peskov həmçinin Macarıstan və Slovakiya kimi Rusiya neftini alan ölkələrin vəziyyətinə toxunaraq, bu dövlətlərin Kiyev tərəfindən birbaşa şantajla üzləşdiyini iddia edib.

Onun sözlərinə görə, Ukrayna tranzit imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə edərək Avropanın enerji təhlükəsizliyini riskə atır. Bəyanatın sonunda qlobal təhlükəsizlik məsələlərinə də diqqət çəkən Peskov vurğulayıb ki, nüvə çəkindirmə siyasəti hazırda dünyada sabitliyin yeganə və fundamental təməl daşı olaraq qalmaqdadır.

Rusiya rəsmisinin bu çıxışı Qərbin İrana qarşı sanksiyalar və hərbi zərbələr fonunda enerji böhranı ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldığına bir işarə kimi qiymətləndirilir.

Musavat.com

Chosen
16
musavat.com

1Sources