ABŞ-nin İrana qarşı hərbi əməliyyatı Avropa İttifaqını (Aİ) Ukraynadan yayındırıb.
Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.
Məlumata görə, Aİ hələ keçən həftə Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı Macarıstanın qadağasını necə aradan qaldırmaq məsələsini fəal müzakirə edirdi. Lakin hazırda ittifaqın əsas diqqəti ABŞ-nin İrana qarşı əməliyyatına yönəlib. Gözləntilərə görə, martın sonuna qədər Aİ-də baş verən bu gündəlik dəyişiklik nəticəsində Ukraynaya maliyyə vəsaitləri çatışmayacaq.
Aytəkin TOFİQQIZI