EN

İran bu ölkədəki ABŞ bazasını hədəf aldı

İran Qətərdəki ABŞ hərbi bazasına raketlərlə hücum edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb. 

İranın Qətər ərazisinə iki ballistik raket atdığı bildirilir. Onlardan biri Qətərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digəri isə ABŞ-nin regiondakı ən böyük bazası olan “Əl-Udeyd”dəki ABŞ hava bazasına zərbə endirib.

Qeyd edək ki, ABŞ-nin regionda ən böyük hərbi bazası “Əl-Udeyd”də yerləşir.

Chosen
60
cebheinfo.az

1Sources