Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer tÉ™zyiqi 768 mm civÉ™ sütunundan 765 mm civÉ™ sütununa enÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 75-80 %, gündüz 65-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecÉ™ 1-6° isti, gündüz 9-14° isti, daÄŸlarda gecÉ™ 5-10° ÅŸaxta, gündüz 3° ÅŸaxtadan 2°-dÉ™k isti olacaq.