EN

Estevan Villian və Pedro Netodan “Çelsi” açıqlaması – ARENA.AZ

“Çelsi”nin 18 yaşlı braziliyalı sağ cinah hücumçusu Estevan Villian niyə məhz İngiltərə klubuna qoşulmasını əsaslandırıb.

Arena.az gənc ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Ailəm digər klubların da məkanlarını ziyarət etmişdi, amma mənim diqqətimi “Çelsi” çəkdi. “Çelsi”nin layihəsi onunla əlamətdardır ki, bu, daha çox oynamaq imkanı verən komandadır”, deyə gənc futbolçu vurğulayıb.

Xatırladaq ki, “Çelsi” 2025-ci ilin iyul ayında Estevan Villian müqabilində futbolçunun, yetirməsi olduğu “Palmeyras”a 45 milyon avro məbləğində ödəniş edib. Braziliyalı hücumçu 2033-cü ilin iyun ayının sonuna qədər müddət ərzində “zadəganlar”ın xidmətində olacaq.

Yeri gəlmişkən, “Çelsi”nin 25 yaşlı portuqaliyalı sağ cinah hücumçusu Pedro Neto da “zadəganlar”ın heyətində iddiasını açıqlayıb:

“Mən “Çelsi”yə qənimətlər qazanmaq üçün gəlmişəm. Buradakı ilk mövsümüm gözəl alındı – iki kubok qazandıq. İndi isə gözləntilərim çox yüksəkdir”, deyə Neto vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
5
9
arena.az

10Sources