EN

İranla bağlı son vəziyyət: Müharibənin dayanması üçün ilk addım...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İrana qarşı aparılan müharibənin miqyası genişlənir. Bu fonda qarşıdurmanın hara və nə zamana qədər davam edəcəyi suallar doğurur.

Bu ölkəyə hücumların sadəcə siyasi və hərbi gərginliklə məhdudlaşmayacağı, dünya ticarəti və iqtisadiyyatına da ciddi zərbə vurulacağı deyilir. Nəticə olaraq resursların tükənməsi, iqtisadi problemlər səbəbindən tərəflərin danışıqlar masasına oturması ehtimalı gündəmə gəlir.

Bəs İrana qarşı hərbi əməliyyatlar nə qədər davam edə bilər? Tərəflər hansı mərhələdə danışıqlar masasına qayıtmağa məcbur qalacaq və mümkün dialoq üçün bu dəfə də Cenevrə seçilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırkı mərhələdə ABŞ və İranın danışıqlar masasına əyləşməsi real görünmür:

“Tərəflər arasında hərbi əməliyyatlar davam edir. İranın arsenalında kifayət qədər ballistik raket mövcuddur və Tehran cavab əməliyyatları çərçivəsində ardıcıl şəkildə ABŞ hərbi bazalarına zərbələr endirir.

Aktiv döyüşlərin getdiyi bir zamanda sülhdən danışmaq tezdir. Hesab edirəm ki, danışıqlar üçün ilk növbədə atəşkəs əldə olunmalıdır. Bundan sonra diplomatik təmasların qurulması mümkün ola bilər. Lakin hazırda bu, real görünmür.

Məhəmməd Əsədullazadə

Müharibənin davam etmə müddəti ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Konkret bitmə tarixi məlum deyil. ABŞ öz strateji maraqlarını təmin edənədək və qarşıya qoyduğu məqsədlərə çatana qədər hərbi əməliyyatların davam etməsi ehtimalı yüksəkdir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
113
globalinfo.az

1Sources