EN

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında andiçmə mərasimi keçirilib

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.Newscenter.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.Andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
2
newscenter.az

3Sources