EN

Tramp böyük hərflərlə yazdı: "Ən böyük bizik"

“Birləşmiş Ştatların İnkişaf Maliyyə Korporasiyasına (DFC) Fars körfəzi vasitəsilə bütün dəniz gəmiçiliyi, xüsusən də enerji daşımaları üçün çox münasib qiymətə siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətlərin təminini əmr etdim”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp TruthSocial sosial media platformasında yazıb.

"Bu, bütün gəmiçilik xətləri üçün əlçatan olacaq. Lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri ən qısa zamanda Hörmüz boğazından tankerləri müşayiət etməyə başlayacaq. Nə olursa olsun, ABŞ bütün dünyada enerjinin SƏRBƏST AXININI təmin edəcək. ABŞ YER ÜZÜNDƏ ƏN BÖYÜK İQTİSADİ və HƏRBİ GÜCƏ malikdir, qarşıda daha çox tədbir var", - deyə Tramp qeyd edib.

ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlamasından sonra SEPAH Hörmüz boğazının bağlandığını elan edərək, onu keçməyə çalışan gəmiləri yandırmaqla hədələyib.

“Reuters” agentliyinin məlumatına görə, boğaz dünyanın ən vacib neft ixrac yoludur. Fars körfəzinin ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, İran, İraq və Birləşmiş Ərəb Əmirliklərini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir.

Xəzər

“Cebheinfo.az”

Chosen
2
1
cebheinfo.az

2Sources