EN

Kompüterdə oyun asılılığı FACİƏ İLƏ BİTDİ – 4 gün yuxusuz qalan tələbə ÖLDÜ

Tayvanda tələbə 4 gün fasiləsiz oyun oynadıqdan sonra vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tayvanda bir tələbə 4 gün və 3 gecə boyunca demək olar ki, heç bir fasilə vermədən onlayn oyunlar oynadıqdan sonra həyatını itirib.

Məlumata görə, gənc həmin müddət ərzində qətiyyən yatmayıb.

Anasının onu bu təhlükəli marafondan daşındırmaq cəhdlərinə baxmayaraq, tələbə xəbərdarlıqlara məhəl qoymayıb.

Oyun marafonunun sonuncu gecəsində o, kompüter arxasından qalxaraq ayaqyoluna gedib və elə orada halı qəfildən pisləşib.

Gənc qəfil qışqıraraq yerə yıxılıb və huşunu itirib.

Xəstəxanaya çatdırılan gəncə həkimlər beyin qanaması diaqnozu qoyublar və təcili əməliyyat keçirilib. Lakin cərrahi müdaxilədən sonra o, dərin komaya düşüb və reabilitasiya əlamətləri göstərməyib.

Nəticədə ailəsi onun həyat təminatı aparatından ayrılmasına qərar verib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
92
interpress.az

1Sources