EN

Tehrana dənizdən sarsıdıcı zərbə: İranın ən müasir sualtı qayığı məhv edildi

ABŞ Hərbi Dəniz Qüvvələri İranın ən təhlükəli dəniz aktivlərindən biri hesab olunan "Kilo" sinfinə məxsus dizel-elektrik sualtı qayığını məhv edib.

Musavat.com xəbər verir ki, bu əməliyyat Tehranın dənizdəki hərbi potensialına endirilmiş ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.

Strateji itki: İranın "Sakit qatili" sıradan çıxarıldı

Hərbi mənbələrdən sızan məlumatlara görə, "Kilo" sinfi sualtı qayıqlar İran donanmasının ən döyüşkən və strateji texnikaları sırasına daxildir. Dayaz sularda, xüsusən də Fars körfəzində gizli əməliyyatlar aparmaq üçün nəzərdə tutulan bu platformalar torpedo və gəmiəleyhinə raketlərlə təchiz olunub. Həm hərbi gəmilər, həm də kommersiya gəmiçiliyi üçün ciddi təhdid yaradan bu qayıqlar "sakit qatil" kimi tanınırdı.

ABŞ tərəfinin qiymətləndirməsinə görə, belə bir platformanın məhv edilməsi həm müttəfiq gəmiləri, həm də qlobal enerji daşımalarının əsas marşrutları üçün yaranan böyük bir riski aradan qaldırıb. Xatırladaq ki, dünya enerji təchizatının mühüm bir hissəsi məhz bu bölgədən keçir və sualtı qayıqların sıradan çıxarılması ABŞ-ın dənizdəki üstünlüyünü bir daha nümayiş etdirir.



Musavat.com

Chosen
17
musavat.com

1Sources