EN

Tramp İrana kimin başçılıq edə biləcəyini açıqladı -VİDEO

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana ölkə daxilində populyar olan və daha mötədil baxışlara sahib bir şəxs rəhbərlik edə bilər.

 

TASS xəbər verir ki, bu fikirləri o, Almaniya Kansleri Fridrix Mertslə Ağ Evdə keçirdiyi görüş zamanı səsləndirib.

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvinin hakimiyyətə mümkün gəlişi ilə bağlı suala cavab verən Tramp deyib ki, ABŞ bu barədə çox düşünməyib və əlavə edib ki, daha uyğun namizəd ölkə daxilindəki biri ola bilər.

 

Eyni zamanda, Tramp qeyd edib ki, ən pis ssenari mövcud rəhbərliyin dəyişdirilməsindən sonra əvvəlkindən heç də yaxşı olmayan bir şəxsin hakimiyyətə gəlməsi olar. Onun sözlərinə görə, ABŞ belə bir vəziyyətin baş verməsini istəmir.

Chosen
15
3
senzor.az

10Sources