EN

Konsertdən əvvəl dərin dekolteli bodidə belə rəqs etdi

Alban əsilli məşhur müğənni Dua Lipa konsertdən əvvəl axşam geyimində rəqs edib.

Publika.az xəbər verir ki, o, lentə alınan görüntüləri "Instagram" hesabında paylaşıb.

Dua Lipa qarnına qədər dərin dekoltesi olan qara bodi və ağ kürkdə poza verib. Onun görünüşünü boyunbağıdakı brilyant bəzəklər tamamlayıb. Müğənninin saçları dalğalı formada düzəldilib və ona ziyafət makiyajı edilib. Kadrlarda müğənninin konsert öncəsi rəqs etdiyi əks olunub.

Bir neçə həftə əvvəl Dua Lipa və nişanlısı Kallum Terner Berlin Beynəlxalq Kinofestivalının qonağı olublar.

Chosen
153
3
publika.az

4Sources