EN

3:0 hesablı qələbə “Barseona”ya bəs etmədi

style='margin-bottom:10px;'>

İspaniya Kubokunun 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

QOL.az xəbər verir ki, “Barselona” doğma meydanda Madrid “Atletiko”sunu 3:0 hesabı ilə məğlub edib. Qolları Mark Bernal (29 və 72-ci dəq.) və Rafinya (45+5, penalti) vurub.

Lakin ilk qarşılaşmada “Atletiko” evdə 4:0 hesabı ilə qalib gəldiyindən, iki oyunun cəminə görə (4:3) Madrid təmsilçisi finala yüksəlib.

Qeyd edək ki, “Barselona” turnirin son qalibidir. 

Digər yarımfinal qarşılaşmasında bu gün “Real Sosyedad” “Atletik”i qəbul edəcək. İlk oyunda “Real Sosyedad” qələbə qazanıb - 1:0.

Chosen
42
5
teleqraf.com

6Sources