EN

Türkan Vəlizadə efir qadağasından xəbərsizdir

Efir məkanında baş verənlərdən sonra daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün qadağa qoyulub. Onların sırasında müğənni Türkan Vəlizadənin də adı var.

 

T.Vəlizadənin bacısı Səbinə Vəlizadə Pravda.az-a açıqlamasında bildirib ki, qadağa ilə bağlı məlumatlı deyillər.

 

“Qadağa ilə bağlı yayılan məlumatlar efirdən təsdiqlənməyincə məlumat vermirik. Türkan xanımın da fikri budur. Hələ ki heç nə təsdiqini tapmayıb. Bu qadağa barəsində də Türkan xanıma da məlumat verilməyib”, - o qeyd edib.

 

Şəhanə Quliyeva

Tarix: 4 Mart 2026, 08:02   
Chosen
20
pravda.az

1Sources