EN

Belçika Fransanın nüvə təyyarələri üçün bazalarını aça bilər

Belçika Fransanın nüvə təyyarələri üçün bazalarını aça bilər

Belçika öz aviabazalarını nüvə silahı daşıya bilən Fransa təyyarələrinin istifadəsinə verə biləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Maksim Prevo "RTL" telekanalına müsahibəsində bildirib.

Nazir Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi "nüvə qalxanı" konsepsiyasını müsbət qiymətləndirib: "Makronun bu qalxanı digər Avropa ölkələrinə, o cümlədən Belçikaya şamil etmək ideyası yaxşıdır. Praktikada bu, nüvə silahı ilə təchiz edilmiş Fransa təyyarələrinin Belçika bazalarından istifadə etməsi demək ola bilər".

Qeyd edək ki, martın 2-də Makron səkkiz Avropa ölkəsinin (Almaniya, Böyük Britaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka) bu layihədə Paris ilə əməkdaşlıq etmək istədiyini açıqlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov isə bu təşəbbüsü şərh edərək, nüvə silahlarının yayılması probleminin nəzarətdən çıxma riskinin artdığını bildirib.

Chosen
57
afn.az

1Sources