EN

SEPAH Hind okeanında ABŞ esminesini vurduğunu açıqladı

BAKI, 4 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-yə məxsus esminesə Hind okeanında zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Məlumata görə, ABŞ esminesi İran sahillərindən 650 kilometr məsafədə, Hind okeanında yerləşib. SEPAH-ın açıqlamasında bildirilir ki, qurumun Hərbi Dəniz Qüvvələri “Qadr-380” və “Talaiyeh” tipli raketlərlə həm esminesə, həm də onun yaxınlığında olan yanacaqdaşıyan gəmiyə zərbə endirib.

Zərbə endirildiyi iddia olunan esminesin adı və digər detallar açıqlanmayıb.

Chosen
60
teleqraf.com

1Sources