EN

Küveytə məxsus qırıcı səhvən ABŞ Hərbi Hava Qüvvələrinin üç hərbi təyyarəsini vurub

BAKI, 4 mart. TELEQRAF

Küveytə məxsus F/A-18 qırıcısı səhvən ABŞ Hərbi Hava Qüvvələrinə aid üç F-15 təyyarəsini vurub.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hadisədən bir qədər əvvəl Küveytin hava məkanına bir neçə İran pilotsuz uçuş aparatı daxil olub. Küveyt hərbçiləri səmada bir neçə qırıcı təyyarə gördükdə onları səhvən düşmən hesab edərək raket buraxıblar.

Bildirilir ki, nəticədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15 qırıcısı vurulub.

Martın 2-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da Küveytin hava hücumundan müdafiə sistemlərinin səhvən üç ABŞ qırıcısını vurduğunu açıqlamışdı.

Hadisə nəticəsində təyyarələr “dost atəşi” səbəbindən qəzaya uğrayıb. Təyyarələrdə olan altı ekipaj üzvünün katapult edərək xilas olduğu bildirilib.

Chosen
63
teleqraf.com

1Sources