EN

İran bir neçə ölkəyə raket zərbələri endirdi

İran İsrail, İordaniya və Qətərə raketlər atıb.

Publika.az xəbər verir ki, bu barədə hərbi qurumların rəsmi bəyanatlarında və mediada yayımlanan xəbərlərində bildirilir.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə vasitələri İrandan atılan ballistik raketləri qeydə alıb. Bununla əlaqədar olaraq, Arxa Cəbhə Komandanlığı hücuma məruz qala biləcək rayonlardakı mobil telefonlara ehtiyat tədbirləri barədə direktiv göndərib.

"Al Jazeera" telekanalının məlumatına görə, raket zərbəsi təhlükəsi ilə əlaqədar İordaniyanın paytaxtı Əmmanla yanaşı, Qırmızı dəniz sahilində yerləşən Akaba limanında və ölkənin bir neçə iri şəhərində hava həyəcanı elan edilib, sirenlər səslənir. Qətər Müdafiə Nazirliyi isə İran tərəfindən iki raketin atıldığını bəyan edib. Birinci raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikincisi isə Amerika hərbi kontingentinin yerləşdiyi Əl-Udeyd hərbi bazasına zərbə endirə bilib. Müdafiə qurumu xəsarət alanların olmadığını vurğulayıb.

Chosen
50
publika.az

1Sources