EN

Qətərdə casus şəbəkəsi İFŞA OLUNDU: 10 nəfər HƏBS EDİLDİ

Qətərdə SEPAH-la əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb/

İnterpress.az xəbər verir ki, bu barədə “Qatar News Agency” məlumat yayıb.

Qətərdə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən 10 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslərdən yeddisinə qarşı casusluq, digər üç nəfərə isə pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə təxribat hazırlamaq ittihamı irəli sürülüb.

Bildirilir ki, şübhəlilərin hamısı dindirilmə zamanı öz təqsirlərini etiraf ediblər.

Hazırda faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
interpress.az

1Sources