BAKI, 4 mart. TELEQRAF
İranın hava hücumundan müdafiə qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-15 qırıcısını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-15 təyyarəsi İranın HHM sistemləri tərəfindən vurulub.
Xatırladaq ki, bazar ertəsi İranın dövlət televiziya və radio şirkəti ölkənin HHM qüvvələrinin Küveyt səmasında ABŞ-yə məxsus F-15 qırıcısını vurduğunu bildirmişdi.