EN

Arbeloa “Real Madrid” kapitanları ilə böhran iclası keçirib

“Real Madrid”in La Liqada ardıcıl ikinci məğlubiyyətindən sonra baş məşqçi Alvaro Arbeloa əvvəlcə kapitanlar, daha sonra isə bütün komanda və məşqçilər heyəti ilə böhran iclası keçirib.

İdman.Biz bu barədə COPE-yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ispan məşqçi komandadan “mövsümün son mərhələlərində daha çox səy göstərməyi” istəyib. Vurğulanıb ki, “Real Madrid” oyunçuları “vəziyyətin nə qədər təhlükəli olduğunu anlasalar da, (mövsümü uğurlu başa vurmağa) ümidlərini itirməyiblər”.

2 mart bazar ertəsi günü Arbeloanın komandası La Liqanın 26-cı turunda “Xetafe”yə 0:1 hesabı ilə məğlub olub. 21 fevral şənbə günü isə “Real Madrid” yarışın 25-ci turunda “Osasuna”ya 1:2 hesabı ilə məğlub olub.

Chosen
56
2
idman.biz

4Sources