EN

Suriyada DƏHŞƏTLİ CİNAYƏT: Qadın xəyanət edən ərini doğrayaraq ətini qonşulara PAYLADI – FOTOLAR(18+)

Suriyada arvad xəyanət edən ərini doğrayaraq ətini qonşulara paylayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Suriyada sarsıdıcı cinayət hadisəsi baş verib. Zeynəb adlı qadın 48 yaşlı həyat yoldaşı Qafuru başqa qadınla yaxaladıqdan sonra qəzəbini cilovlaya bilməyib.

O, əvvəlcə bıçaqla ərinə bir neçə zərbə endirib, daha sonra isə onun başını kəsərək meyitini hissələrə parçalayıb.

Qatil qadın cinayətin izini itirmək üçün qan donduran üsula əl atıb. O, ərinin ətini qonşulara paylayaraq bunun “qoyun əti” olduğunu iddia edib.

Lakin qısa müddət sonra hadisənin üstü açılıb və cinayətkar qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Zeynəbin evində aparılan baxış zamanı mərhumun digər qalıqları aşkar edilib.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
43
interpress.az

1Sources