Ajans.az xəbər verir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (oxu.az)