Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.