EN

SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı - İsmayıl Qaani həbs edildi

İran daxilində güc strukturlarını silkələyən sensasion hadisə baş verib.

Musavat.com məlumat verir ki, SEPAH-ın ən strateji qanadlarından biri olan Qüds qüvvələrinin komandiri saxlanılıb. Ona qarşı ciddi ittihamların irəli sürüldüyü bildirilir.

İlkin məlumatlara görə, Qaani İsrailin kəşfiyyat xidməti – MOSSAD üçün casusluq etməkdə şübhəli bilinir və məhz İnqilab Mühafizəçilərinin keçirdiyi daxili əməliyyat nəticəsində nəzarət altına alınıb.

Şübhəsiz ki, bu hadisə təkcə İranın təhlükəsizlik sistemində dərin çatların mövcudluğunu ortaya qoymur, eyni zamanda Tehran daxilində etimad böhranının hansı həddə çatdığını da göstərir. Rəsmi təsdiqin və detallı açıqlamanın hələ verilməməsi isə hadisə ətrafında sualları daha da artırır və regionda onsuz da yüksələn gərginliyə yeni, təhlükəli çalarlar əlavə edir.

Cavanşir Abbaslı
Musavat.com

Chosen
16
5
musavat.com

8Sources