EN

Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Hörmüz boğazındakı tıxanma davam edərsə, taxıl, qarğıdalı və düyü kimi əsas qida məhsullarının qiymətləri rekord həddə çata bilər.

Milli.Az xəbər verir ki, bunun əsas səbəbi boğazın qlobal gübrə ticarətində oynadığı əvəzedilməz roldur.

Dünyada dəniz yolu ilə daşınan ureanın (karbamid gübrəsinin əsas tərkib hissəsi) təxminən üçdə biri Hörmüz boğazından keçir.

ünyanın ikinci ən böyük gübrə istehsalçısı olan "Yara"nın rəhbəri Svein Tore Holsether bildirib ki, boğazın bağlı qalması məhsuldarlığın bəzi bitkilərdə 50%-ə qədər düşməsinə səbəb ola bilər.

Hazırda şimal yarımkürəsində yaz əkini mövsümü yaxınlaşdığı üçün fermerlərin gübrəyə ən çox ehtiyac duyduğu dövrdür. Tədarükün kəsilməsi birbaşa məhsul itkisi deməkdir.

Misirdə qranullaşdırılmış ureanın tonu bir neçə gün ərzində 60 dollar bahalaşıb. Nyu-Orlean birjasında isə qiymətlərdə 11-17% arası artım müşahidə olunur.

Qətər qlobal urea ixracının 11%-ni təmin edir, İran isə bu bazarın 10-12%-nə nəzarət edir. Hər iki ölkədən çıxışın bağlanması bazarda böyük boşluq yaradıb.

Taxıl və qarğıdalı bahalaşacaq

Bu bitkilər yüksək miqdarda azotlu gübrə (urea) tələb edir. Gübrə çatışmazlığı və ya onun baha olması birbaşa çörək və un məmulatlarının qiymətinə təsir edəcək.

Asiya ölkələrinin əsas qidası olan düyü istehsalı Yaxın Şərqdən gələn gübrələrdən çox asılıdır.

Gəmilərin Ümid burnundan (Afrika ətrafından) dolanması yolu 10-20 gün uzadır ki, bu da daşıma xərclərini və sığorta haqlarını kəskin artırır.

Lalə Qüdrətova
Milli.Az

Chosen
3
1
milli.az

3Sources