İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə " 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə " İdman həftəsi" çərçivəsində gənclər arasında  stolüstü tennis üzrə İsmayıllı rayon turniri keçirildi.


Rekord.az xəbər verir ki İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonda qaliblər Dağlıq Şirvan Regional  Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırıldı.